SOCAR məlumat yaydı-750 min dollar məsələsinə aydınlıq gətirildi
14.05.2015 547 0.0 0

                               
                               
Biz “Washington Post” nəşrində dərc olunmuş “SOCAR-ın 2013-cü ilin mayında Bakıda keçirilən konfransdakı məxfi rolu” adlı məqalə ilə əlaqədar ciddi narazalığımızı ifadə edirik.
SOCAR heç vaxt konfransdakı iştirakını gizlətməmiş və məqalədə qeyd olunduğu kimi, SOCAR-ın loqosu və adı Bakıda keçirilən konfransda əks olunmuşdur. SOCAR qeyd olunan məsələ ilə əlaqədar heç vaxt təhqiqatın obyekti olmamışdır. Çünki SOCAR-ın Bakıda keçirilən konfransın maliyyə sponsoru olması faktını ictimaiyyətə səfəri təşkil edən sponsorlar bildirməli idilər. 

Biz təhqiqat ərzində tam əməkdaşlıq etmişik. Səfər təşkilatçılarının qaydalara əməl etməməsi təəssüf doğurur və bu məlumatların niyə açıqlanmaması bizə aydın deyil. SOCAR məsələnin aydınlaşdırılması üçün köməkliyini göstərməyə hazırdır və yerləşdiyi mühüm regionla əlaqədar qanunverici orqanları təmsil edən şəxslərin iştirakı ilə keçiriləcək tədbirlərə sponsorluq etməyi səbirsizliklə gözləyir deyə SOCAR-ın yaydığı bəyanatda qeyd olunur.

Qazeta.info əlavə olaraq bildirir ki, "The Washington Post" Azərbaycan Dövlət Neft Şirkətinin 750 min dollarlıq gizli əməliyyatından yazıb.
 
Adı çəkilən qəzetin yaydığı məlumatda bildirilir ki, gizli hesabata görə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 10 konqresmen və 32 heyət üzvünün Bakıya bütün səfər xərclərini ödəyib. Əlavə olaraq qeyd olunub ki, onlar 2013-cü ildə Bakıda keçirilən bir konfransda iştirak edib. Iştirakçılarının 
3 nəfəri prezident Barak Obamanın keçmiş yüksək səviyyəli yardımçıları da olub.

Xatırladaq ki, yazıda gələn qonaqlara qiymətli əşyaların verilməsindən də bəhs olunub. 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar