Siz də övladlarınızın bu oyunun tələsinə düşməsini istəmirsizsə mütləq izləyin!- VİDEO
02.01.2017 1274 0.0 0

Elə bir oyun hazırlayıblar ki, pleystor-dan yükləyəndə görüntüsü şaxtababanı xatırladır. Uşaqlar maraq salıb bu oyunu yükləyəndən sonra isə hər şey dəyişir. Oyun qəhrəmanının atəş açdığı terrorçuların başı kəbə formasında dizayn edilib və guya hadisələr Səudiyyə Ərəbistanında cərəyan edir. Uşaqları islam düşməni kimi hazırlayan bu oyunu bir valideyn aşkar edib. Siz də övladlarınızın bu oyunun tələsinə düşməsini istəmirsizsə mütləq izləyin.

Qazeta.info Xəzərxəbər-ə istinadla bildirir ki, şaxta Baba şəkli qoyub oyunu internetə yerləşdiriblər. Yükləyəndən sonra oynamağa başlayanda isə oyun qəhrəmanının önünə gələn terrorçuların başları İslamın qibləgahı hesab edilən Kəbə kimi dizayn edilib.

Görüntülər usaqları şaxta baba şəkli ilə özünə cəlb edərək aldadan, əslində isə islami dəyərləri hədəf alan Pikselmon şutinq adlı oyundandır.

Oyunda islami dəyərlərin təhqir olunduğunu övladı oyun oynayarkən Fariz Məmmədov adlı bir valideyn aşkar edib.

Fariz Məmmədov oyunu uşağın planşetindən silsə də belə halla digər uşaqların da qarşılaşa biləcəyini deyir.

İlahiyyatçı Ağa Hacıbəyli bildirir ki, belə oyunlardakı islami təsvirlə uşaqları şüuraltı yönləndirirlər ki, bu da onların mənəviyyatında ciddi problemlər yarada bilər.

Ağa Hacıbəyli valideynləri uşaqları oyu oynayarkən hansı oyunu oynadıqlarına xüsusi diqqətlə yanaşmağı tövsiyyə edir.

Bu oyunu hazırlayan şirkətin harda yerləşməsi isə bağlı qısa bir araşdırma apardıq. Məlum oldu ki, həmin şirkət Birləşmiş Ştatların Nyu-York şəhərindədir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar