Əsirlikdə olan britaniyalı jurnalist İŞİD-in qorxulu planını açıqladı
24.05.2015 839 0.0 0

Yaxın 12 ay ərzində İŞİD terror qruplaşması nüvə silahına sahib ola bilər.

Məlumata görə, terrorçu qruplaşmanın əsir götürdüyü britaniyalı jurnalist Con Kentli video müraciətdə bu haqda danışıb. 

O, terrorçuların nüvə silahını Pakistandan alacağını deyib. "İŞİD elə bir şey etmək niyyətindədir ki, indiyədək olanlar xırda atışma kimi görünəcək. Qruplaşmanın bank hesablarında milyardlarla dollar var. Onlar sadəcə Pakistandakı "vilayət"lərinə zəng edəcəklər ki, rüşvətxor məmurlara yaxın olan işbazların vasitəsilə nüvə bombası alsınlar", - deyə Con Kentli bildirib.

Qeyd edək ki, Con Kentli 2012-ci ilin noyabrında İŞİD-çilər tərəfindən əsir götürülüb və o zamandan etibarən Suriyanın Rəqqa şəhərində saxlanılır. Terrorçular indiyədək həmin jurnalistdən öz təbliğatlarında və müraciətlərində istifadə edirlər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar