Sergey Lavrov: İŞİD-in dövlətə çevrilməsinə imkan vermək olmaz
09.12.2015 531 0.0 0

“Aydınlaşdırmaq lazımdır ki, niyə Türkiyə antiterror koalisiyasının üzvü olduğu halda, Suriyada ABŞ-ın özünə potensial tərəfdaş hesab etdiyi kürd döyüşçülərini bombalayır”.
Qazeta.info bildirir ki, APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İtaliya mətbuatına açıqlamasında deyib.
 
Onun sözlərinə görə, Suriyada İŞİD-ə qarşı vuruşan qüvvələrdən biri də kürd silahlılarıdır: “Həmin insanlar əsasən “Demokratik İttifaq” partiyasının üzvləridir. Türkiyə nöqteyi-nəzərindən onlar düşməndir”.  
 
S. Lavrov qeyd edib ki, bəzi ölkələr tərəfindən Suriya prezidenti Bəşər Əsədin istefası tələb süni xarakterlidir: “Burada bəzi nüanslar var. Artıq onlar Əsədin dərhal istefasını tələb etmirlər, onun siyasi keçid prosesində iştirakına imkan verirlər. Lakin mütləq elə bir tarix görmək istəyirlər ki, həmin vaxtdan o artıq səlahiyyətlərini icra etməsin. Biz bu yanaşmanı süni, beynəlxalq hüquqa və demokratiya prinsiplərinə zidd hesab edirik”.
 
Rusiyalı diplomatın fikrincə, Rusiya Türkiyənin Su-24 təyyarəsini vurmasını Suriyada siyasi prosesi pozmaq cəhdi kimi qiymətləndirir: “Həmin gün baş verənlərlə bağlı qiymətləndirməmiz dəyişməzdir. Fikrimizcə, bu ya antiterror səyləri pozmaq, ya Rusiyanın Suriya hava məkanında fəaliyyətinə əngəl törətmək, ya da Venesiya danışıqları çərçivəsində aparılan siyasi həll prosesini pozmaq cəhdidir”.
 
Lavrov onu da bildirib ki, əgər tərəflər öz maraqlarına xidmət etmək məqsədi güdməsələr, geniş beynəlxalq antiterror koalisiyasını qurmaq mümkündür: “İŞİD kimi təşkilatlar insanlığa nifrəti təbliğ edir. Onların dövlətə çevrilməsinə və islamla bağlılıqlarının olması barədə illüziyaların yaranmasına  imkan vermək olmaz. Onlar insanlığın düşmənidir”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar