Şamaxı Rəsədxanası: NASA-nın aşkarladığı planetlərdən 3-ü Yer kürəsinə oxşayır
23.02.2017 600 0.0 0

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) NASA alimlərinin Yer ölçüsündə 7 planetin kəşf etməsi ilə bağlı yaydığı məlumata münasibət bildirib.

ŞAR-ın direktoru Namiq Cəlilov deyib ki, aşkarlanan planetlərdən 3-ü kütləsi və radiusuna görə Yerə kürəsinə oxşayır. O qeyd edib ki, həmin obyektlərin atmosferi, onların tərkibində nə var onu indidən demək mümkün deyil: “Zəif obyektlər olduğundan onları yerdən müşahidə etmək çox çətindir. NASA-nın imkanları böyük olduğu üçün arası kəsilmədən o cür obyektləri müşahidə edib belə nəticələr əldə edirlər. Ancaq sonrakı tədqiqatlar bu məlumatların nə dərəcədə düzgün olduğunu göstərəcək. Çünki bu vaxta qədər minlərlə bu tipli obyekt aşkarlansa da, onlarda həyat üçün tələb olunan iz, spektr tapılmayıb”.

 

Qeyd edək ki, NASA-nın Vaşinqton bürosunun yaydığı məlumata əsasən, astronomlar eyni ulduzun orbitində dövrə vuran və Yerin ölçüsündə olan 7 planet aşkarlayıblar. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar