Şahid: `Mal-qara dərmanını südə qatıb uşağa verib` - MƏHKƏMƏ
18.10.2017 703 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızını südə zəhər qataraq öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın məhkəmə iclası davam etdirilib.

Məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi, qətlə yetirilən uşağın atası Bəxtiyar Ömərovun olduğu qeyd edilib.

B.Ömərov Qusar rayonunun Hil kəndində yaşadığını söyləyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə G.Saypullayeva özünü təqsirli bildiyini deyib.

B.Ömərov ifadəsində söyləyib ki, ailələri normal olub: "Mal-qaranı çölə aparmışdım. Mənə dedilər ki, yoldaşım uşağı axtarır. Sonra "təcili tibbi yardım" maşını ilə xəstəxanaya apardıq. Uşaq yolda keçindi. Gülnarədən bu barədə soruşdum. Bildirdi ki, mal-qaraya verdiyimiz dərmanı südün içərisində uşağa verib. O, "başıma nəsə gəlib deyə dərmanı verdim" dedi. Gülnarə bilmirdi ki, həmin dərman mal-qara üçündür".

Məhkmədə G.Saypullayeva bildirib ki, dərman verib öldürdüyü uşağın atası Seymur Güləliyevdir.

B.Ömərov da həyat yoldaşının dediklərini təsdiqləyib: "O, mənim qızım deyildi. Uşaq vaxtdan Luizanı saxlamışdım. Ona atalıq edirdim".

Təqdirləndirilən G.Seyfullayeva ərinin düzgün danışmadığını deyib: "Sən bilirsən ki, mən xəstəyəm. İttihamda yazılıb ki, mən qızımı öldürmüşəm. Mən neçə il səninlə yaşamışam. Sizə yemək bişirmişəm, qulluq etmişəm. Axı niyə düz olanları danışmamısan? Niyə ifadəndə mənim xəstə olduğumu, əsəblərimin yerində olmadığını deməmisən".

Şahid qismində Rafiq Rəhmanov dindirilərkən qeyd edib ki, B.Ömərovla ailəsi onun fermasında işləyib. O, hadisə zamanı uşağın ağzından köpük gəldiyini deyib: "Xəstəxanaya aparanda Luiza öldü. Gülnarə uşağına qarşı çox mehriban idi".

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, bu il iyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası G.Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib.

G.Saypullayeva şübhəli şəxs qismində tutulub./Report/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar