ÇILPAQ QADINLAR RAHİBİ GİROV GÖTÜRDÜ
22.11.2014 1826 4.0 0

 

Çılpaq etiraz tərzləri ilə tanınan Ukrayna qadın haqları təşkilatı Femenin bir rahibi girov götürdükləri iddia edilir.

Məlumata görə, bu haqda təşkilatın internet saytında xəbər yayılıb.

"Femen, Papa tərəfindən yönəldilən dünyanın ən böyük dini mafiyası Vatikanın hücumlarına qarşı sekülerizmi müdafiə üçün ilk girovunu götürdü. Tələblərimiz həll edilsə, rahibi buraxmağa hazırıq. Femenin istəyi açıqdır. Papanın 25 Noyabrda Strasburqdakı Avropa Parlamentinə edəcəyi ziyarət ləğv edilməlidir”, - deyə təşkilatın internet saytında bildirilir.

Rahibin qaçırılması ilə bağlı videonun qurama olub-olmadığı hələ dəqiq bilinmir.//ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar