Sabah bu yaşayış məntəqələrində təbii qaz məhdudlaşdırılacaq
26.08.2015 548 0.0 0

Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq
                               
                               
Qazeta.info SOCAR-ın məlumatına əsasən bildirir ki, avqustun 27-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qaradağ-Duvannı” qaz kəmərində və Qazax magistral qaz kəmərləri sahəsinin “Samux” (Nəbiağalı), ''Zazalı'' və ''Ağasıbəyli'' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir müddətində Samux rayonunun Nəbiağalı, Zazalı və Ağasıbəyli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qaradağ rayonu Sahil qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar