Saakaşvili rüşvət alan prokuroru sərt hədələdi (VİDEO)
17.06.2015 646 0.0 0

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili korrupsiyaya qurşanan prokurorları hədələyib. 

Məlumatıa görə, Saakaşvili prokurorluq orqanları ilə keçirdiyi iclas zamanı Odessa prokurorunu reket adlandırmaqla yanaşı onu cinayətləri ört-basdır etməkdə günahlandırıb.

Saakaşvili əlavə edib ki, rüşvət alan prokurorluq əməkdaşlarını həbs etdirəcək. 

“Odessada korrupsiyaya və rüşvətxorluğa müharibə elan edirəm. Heç kimə imkan verilməyəcək ki, xalqı qarət etsin".

Odessa qubernatoru iş adamlarına qarşı hüquq-mühafizə orqanlarının özbaşınalığını da sərt tənqid edib. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar