Səudiyyə Ərəbistanında İŞİD-çilər kütləvi həbs olundu- Ramazanda terror planlayıblar
18.07.2015 634 0.0 0

Səudiyyə Ərəbistanında son bir neçə ay ərzində xüsusi xidmət orqanlarının əməkdaşları İŞİD-lə əlaqəli 431 terrorçu saxlayıblar və 6 terror aktının qarşını alıblar.
 
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanın DİN rəhbəri Mənsur at Turki bildirib.
 
Məlumata görə, gizli terrorçu şəbəkəsi kamikadzeləri istifadə etməklə müqəddəs Ramazan ayında bir neçə güclü partlayışlar törətməyi planlaşdırıb. Hədəflər sırasında şiələrin kompakt yaşadığı rayonlarda məscidlər və xarici dövlətlərdən birinin səfirliyi olub.  
 
Məlumata görə, terrorçuların saxlanılması ilə bağlı aparılan əməliyyatlar zamanı 37 polis əməkdaşı və mülki şəxslər həlak olub.  
 
Saxlanılanlar arasında qonşu ərəb dövlətlərin vətəndaşlarının da olduğu bildirilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar