Səudiyyə Ərəbistanı şiə din xadimi ilə birlikdə 47 nəfəri edam edib
02.01.2016 864 0.0 0

Səudiyyə Ərəbistanında 47 nəfər haqqında ölüm hökmü icra edilib.

 

Rusiya mətbuatına istinadən verilən məlumata görə, haqqında edam cəzası çıxarılan şəxslər arasında “Əl-Qaidə” terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris əz Zəhrani və şiə din xadimi Nimr-ən Nimr də var. 

 

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, haqqında ölüm hökmü çıxarılan şəxslər 2014-cü ildə məhkum ediliblər və terrorçuluqda, ekstremist fəaliyyətdə ittiham olunurlar.

 

Qeyd edək ki, 2014-cü ildən etibarən Səudiyyə Ərəbistanı terrorçuluq fəaliyyəti ilə məşğul olan təşkilatlara qarşı cinayət məcəlləsində dəyişiklik edib və cəzalar sərtləşdirilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar