Səsvermə protokollarının məntəqə seçki komissiyasına təqdim edilməsi başa çatır
19.12.2019 132 0.0 0

Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyasına verilməsi müddəti bu gün başa çatır.

Məlumata görə, Azərbaycanda bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, protokollar səsvermə gününə ən azı 4 gün qalanadək, yəni 2019-cu il dekabrın 19-dək (dekabrın 19-u da daxil olmaqla) tədqim edilməlidir.

Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilər 15,156 bələdiyyə üzvlüyü üzrə baş tutacaq. Ümumilikdə seçkilərdə iştirak etmək üçün 42 mindən çox namizəd müraciət edib. Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti artıq noyabrın 22-də başa çatıb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar