Şəhriyar Məmmədyarov ardıcıl ikinci dəfə `ShamkirChess"in qalibi olub`
01.05.2017 686 0.0 0

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" turnirinin ardıcıl ikinci dəfə qalibi olub.

Məlumata görə, 32 yaşlı zəka sahibi buna son turda ağ fiqurlarla bolqar Veselin Topalovla etdiyi heç-heçə sayəsində nail olub. Xallarını 5,5-ə çatdıran Məmmədyarov bütün rəqiblərini geridə qoymağı bacarıb.

Turun digər görüşlərində Azərbaycanın daha bir təmsilçisi Teymur Rəcəbov rusiyalı Sergey Karyakinlə, hindistanlı Pentala Harikrişna ABŞ-dan olan Uesli So ilə, ingiltərəli Maykl Adams polşalı Radoslav Voytaşeklə xalları yarı bölüb - 0,5:0,5. Ukraynalı Pavel Elyanov isə ağ fiqurlarla rusiyalı Vladimir Kramnikə uduzub - 0:1.

Bu nəticələrdən sonra Məmmədyarovdan yarım xal geri qalan Kramnik, So və Topalov 2 - 4-cü yerləri tutub. Hərəyə 4,5 xala malik Karyakin, Voytaşek və Adams 5 - 7-ci yerlərdə qərarlaşıbsa, Rəcəbov 4 xalla 8-ci olub. Son iki pillədə isə hərəyə 3,5 xalı olan Elyanovla Harikrişna qərarlaşıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar