Səhnədə olduğu hər saniyəsi ilə yadda qalan sənətkar
05.09.2015 671 0.0 0

 

Azərbaycan aktyor məktəbinin görkəmli nümayandələrindən olan Səyavuş Aslan 1035-ci il sentyabrın 5-də Bakida doğulub. Bu gün onun dünyaya gəlməsinin düz 80 ili tamam olur.

Bu sənətkar Azərbaycan incəsənətində özünəməxsus izi ilə həmvətənlərinin xatirəsində qaldı. Yaradıcılığının bütün dövrələrində onun istedadına eytiyac duyulub. Ona görə də Səyavuş Aslan hər vaxt istər kino, istərsə də teatr rejissorlarının diqqətindən kənarda qalmayıb. Istər teatr səhnəsində, istər isə kinoda yaratdığı obrazları onu tamaşıçılara sevdirdi.

Artıq onun ölümündən 2 il keçib. Lakin insanlar indidə zarafatlarında onun yaratdığı qəhramanların sözlərindən istifada etməkdən yorulmur. Hansı ki, o zarafatlar bu günün özündə də aktual olaraq qalır.

Səyavuş Aslan istedadı ilə Leonid Qayday , Eldar Ryazanov , Georgiy Daneliya kimi dünyanın ən məhşur rejisyorların çəkdiyi filmlərə əlavə bəzək ola bilərdi. Səyavuş Aslanın isə istedadı öz həmvətənləri üçün parlayırdı. O yaradıcılığından saçan işığı ən ucqar kənd sakinlərinə belə bəxş edirdi. Aktyorun adı gələndə onun oynadığı tamaşalar , filmlər yada düşür və siması insanın xəyalında canlanır. Ən maraqlısı da odur ki o heç vaxt yaratdığı obrazdan kənara çıxmayıb və qəhramanlarının obrazlarını hətta kiçik səhnələrdə belə tam mükəmməliklə göstərməyə can atıb. 

Yol əhvalatı filmindəki iclas keçirdiyi səhnəsində uzun monoloq deyən zaman əlində saxladığı və sonradan kənara atdığı toyuğu elə tutur ki sanki ömrü boyu quşçuluq fermasında çalışıb. Bu misallar saysız -hesabsızdır. Həmçin kino çəkilişlərində, teatr səhnəsində ekspromt bacarığına malik olduğu nadir aktyorlardan olub. Onun yaradıcılığının yadda qalmayan hissəsi demək olar ki, heç yoxdur.
İllər boyu Səyavuş Aslan komediya, gülüş janrının ustası kimi tanınıb. Gənc Səyavuş olduqca fəal idi. Musigi komediya teatırında işlədiyinə baxmayaraq bir ilin içində uğur gətirərək onu məhşur edən "Əhməd haradadır?" və "Romeo mənim qonşumdur" filmlərində çəkilir. 

S.Aslan"Əhməd haradadır" filmində 1963 il

 


"Romeo mənim qonşumdur" filmindən video parça

 

Onu səhnədə Lütfəli Abdullayyev davamçısı kimi də qabul edirdilər.

 

Lütfəli Abdullayev və Səyavuş Aslan 

 

Həttə  şirkətlər qrupunun "El" jurnalına (33 saylı nəşr) verdiyi müsahibəsində Səyavuş Aslan xatırlayır ki komediya janrında səhnədə təşəkkül tapmasına Lütfəli Abdullayevin bötyük köməyi olub:

"Rəhmətlik Lütvəli Abdulayevin "Toy kimindir " tamaşısında Qoşun roluna məni dublyor verdilər. Hazırladım. Oynadım və o vaxtdan qaldım teatrda. 1958 ildən də ta 15-20 il qabağa kimi elə Muskomediyada fəaliyyət göstərmişəm. Rəhməttik Lütfəlinin, doğrudan da , aktyorluğu öz yerində, insanlığına söz ola bilməzdi. Başqası olsaydı icəzə verməzdi. Görürdü ki, istedadlıyam,qaynayıram,öz yerinə oynamağa icazə verirdi. Özünü xəstəliyə vururdu. Şəmsiya (Şəmsi Bədəlbəyli ) deyirdi ki, mən özümü pis hiss edirəm. Ya vacib işim var, ya da harasa gedəcəyəm. İmkan yaradırdı ki, oynayım. Mən də oynayırdım və razı qalırdılar. Zəhmətimə gərə ad da aldım mükafat da. 

Lütvəli dünyasını dəyişdi. Həyatdı da... Sonra Nəsibə xanım ( Nəsibə Zeynalova ) da deyərdi, cavanlıqda çox çalışmışam, Dram Teatrına işə girə bilməmişəm. Dram Teatrı həyatdır, əsl sənət ocağıdır. Çalış Dram Teatrına get, cavansan, özün də bacarıqlısan. Elə də oldu. Dram Teatrına can atdım və iki dəfə müraciyət etdim, götürmədilər."

 


Heydər Əliyev və xalq artisti Səyavuş Aslan 

 

Sonralar öz ifaları ilə S.Aslan dram rolların ustalıqla ifa bacarığını teatr səhnəsidə və kinoda dəfələrlə sübut edirdi. Onun dram rollarının ifasına tamaşa edəndə hətda komediya janrının usta olması yaddan çıxırdı.

 

S.Aslanın gənc yaşlarından milli dəyərlərimizi qiymətləndirib və qorumağa çalışıb. Həttə bundan ötrü əzab çəkdiyi də olub. Belə ki, hərbi xidmətdə olan zaman başına gələnlərini belə xatırlayırdı:

"Hərbi xidmətdə bir az yaxşı deyildi. Ruslar azərbaycanlıları incidirdilər. Radioda konsert olanda məni çağırırdılar ki, Aslanov sizinkilər ağlaşır. Muğamatı ələ salırdılar. Belə -belə yola getmirdik. Bir gün dözməyib yumruqla vurdum, yıxıldı yerə, sonra da nə yemisən, turşulu aş...Komandirimə əl qaldırdığıma görə məni iki il cərimə batalyonuna göndərdilər. Mən də orda yaxşı əskərlik etdiyimə görə işimi bir il azaldıb buraxdılar. Təzədən qayıtdım hərbi hissəyə." Bu onun gənc illərindən vətəninə, xalqına sıx bağlı olduğunu təstiqləyir. Məs bu sıxlığ onun istedadının azərbaycan səhnəsində nail olduğu uğurların əsəs sabəblərdən biri sayıla bilər.

 

Səyavuş Aslanın istirahət anı 

 

Bu balaca məqalə ilə S.Aslanın ad günündə bir də onu yad edilməsini özümüzə borc bilib xatırladıq. 

Heç vaxt ulduz olmağa can atmayan Səyavuş Aslanın öz yaradacıllığı ilə bu zirvəyə ucala bilib. Oynadığı tamaşa və rollar ilə milliyonlarla tamaşıçıların xatirələrində qalıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar