Səhiyyə Nazirliyi evlənmək istəyən şəxslərdə aşkarlanan xəstəliklər haqda məlumat yayıb
04.11.2015 503 0.0 0

Qazeta.info Səhiyyə Nazirliyinə istinadla bildirir ki, Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağli tələblər qüvvəyə mindiyi andan iyunun 1-dən noyabrın 1-nə kimi B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutu tərəfindən 65138 şəxs müayinə olunmuşdur.
 
Müayinələrin nəticələrinə görə 161 nəfərdə sifilis, 45 nəfərdə HİV, müayinə olunanlardan ümumilikdə isə 4213 nəfərdə isə talassemiya daşıyıcılığı aşkar olunmuşdur.
 
Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər 2015-ci il iyunun 1-dən icra olunmağa başlayıb.
 
İş prosesinin təşkili, əhalinin maarifləndirilməsi, eləcə də ictimaiyyəti qanunun icrasına dair məlumatlandırmaq məqsədi ilə paytaxt Bakıda və regionlarda jurnalistlər uçun görüşlər təşkil olunmuşdur.Bakı, Qusar, Mingəçevir və Cəlilabadda təşkil olunmuş turlarda, nikaha daxil olmaq istəyən cütlükdən müayinələr uçun toplanan qan nümunələri götürülmüş, ailə sağlamlığının müxtəlif məsələləri haqqında müzakirələr aparılmışdır. Eyni zamanda, paytaxt və regionlardakı tibb müəssisələrinin və tibbi personalın prosesə tam hazırlığı məqsədi ilə müvafiq şərait yaradılmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar