Səfir: Belarusun Azərbaycandan neft almasında siyasi çalarlar axtarmaq lazım deyil`
28.12.2016 947 0.0 0

“Belarusun Azərbaycandan neft almasında siyasi çalarlar axtarmaq lazım deyil”. Məlumata görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç keçirdiyi mətbuat konfransında deyib.

 

"Bizim iki neft emalı zavodumuz var. Onlar postsovet məkanında ən müasir müəssisələrdir. Hazırda bu zavodlar Avro-6 standartına uyğun yanacaq istehsal etməyə hazırlaşır. Burda söhbət Azərbaycandan gələn neftin bu müəssisələrdə emal edilməsindən və yüksək keyfiyyətli benzini Azərbaycan istehsalçısına göndərməkdən gedir. Bizim daxili tələbat üçün Azərbaycandan neft almağımız da mümkündür. Hazırda biz müvafiq xammalı sizdən alırıq”, - deyə səfir vurğulayıb.

 

Səfir əlavə edib ki, Belarus artıq Sumqayıtdan 5 mln. dollar dəyərində polietilen alıb. O, alınan məhsulların çeşidinin artırılmasının vacibliyini qeyd edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar