Rusiyanın ABŞ-dakı səfirliyində təhlükəsizlik tədbirləri gücləndirilib
30.09.2016 701 0.0 0

Rusiyanın ABŞ-dakı səfirliyində təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Məlumata görə, bu barədə TASS-a diplomatik nümayəndəlikdən məlumat verilib. “Biz ehtiyat tədbirləri çərçivəsində təhlükəsizlik tədbirlərini gücləndirmişik. Bu, hansısa konkret təhlükə ilə əlaqəli olmayan preventiv tədbirlərdir”, - deyə səfirlikdən bildirilib.


Səfirlik Rusiya vətəndaşlarına potensial təhlükə daşıyan kütləvi yerlərə getməməyi də tövsiyə edib.


Qeyd edək ki, Rusiya XİN də xaricdə yaşayan vətəndaşlarını ehtiyatlı olmağa çağırıb. /apa/ 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar