Rusiyadan deportasiya edilən «Dadaş Bakinski» aerportda qan saldı -VİDEO
22.03.2016 1865 0.0 0


Rusiyadan vətənə deportasiyası həyata keçirilən tanınmış aszərbaycanlı "qanuni oğru" Dadaş İbrahimov Kiyevin "Borispol" hava limanında qanlı insident törədib. APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, "Dadaş Bakinski" ləqəbi ilə tanınan kriminal avtoritet Azərbaycana gəldikdən sonra Ukraynaya getmək üçün təyyarəyə bilet alıb.

Kiyev aeroportuna eniş etdikdən sonra Dadaş İbrahimov uçuş zolağında siqaret çəkməyə başlayıb. Bunu görən Ukraynanın hüquq-mühafizə orqanları əməkdaşları işə qarışıblar. Onun bu hərəkətinə etiraz edən polisləri "qanuni oğru" söyməyə başlayıb. Daha sonra üzərində gəzdirdiyi bıçaqla onlara hücum edib.

Daha sonra Dadaş İbrahimov qəfildən bıçaqla özünə xəsarətlər yetirməyə başlayıb. O, qarın nahiyəsinə və boğazına zərbələr endirməyə başlayıb. Qan itirən şəxs yıxılıb.

Polis əməkdaşları həmin an azərbaycanlı "qanuni oğru"nun kokainin təsiri altında olduğunu ehtimal edir.

Hazırda "Dadfaş Bakinski" Kiyevdəki xəstəxanalardan birinə yerləşdirilib. O yenidən həbs oluna bilər.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar