Rusiyada türk bayrağı ilə gəzən rusa belə hüçum olundu-VİDEO
31.05.2016 1396 0.0 0

Paytaxt Moskvada rus gənc türk bayrağı ilə maraqlı bir təcrübə həyata keçirib. Məlumata görə, gənc çiyninə türk bayrağı alaraq küçələri dolaşıb və rusların buna necə reaksiya verəcəklərini sınaqdan keçirib. 

Sosial mediada böyük səs küyə səbəb olan təcrübə izləyənləri təəccübləndirib. Özünü bir türk turist kimi qələmə verən rus gənc insanlara yaxınlaşaraq Rusiyaya yeni gəldiyini söyləyib. Bu zaman ruslarla gənc arasında maraqlı dialoq ortaya çıxıb.

Qırmızı Meydanda insanlara yaxınlaşaraq ünvan soruşan gəncə münasibət biri-birindən fərqli olub. Bəziləri bayrağa sərt reaksiya verib, bəziləri isə ona getmək istədiyi ünvanı izah ediblər.

 

 


Rus gəncdən Moskvada maraqlı təcrübə


Ötən ilin noyabrında Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra hər iki ölkə arsında vəziyyət gərginləşib. Bu, iki ölkə vətəndaşlarının bir-birinə münasibətinə də təsir edib. Baş verən hadisədən sonra Rusiya Türkiyəyə çoxlu sayda sanksiyalar tətbiq edib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar