Rusiyada ötən il itmiş vertolyot və göyərtəsindəki 10 nəfərin qalıqları tapılıb
08.08.2015 635 0.0 0
Rusiyanın Tuva Respublikasında ötən ilin 10 oktyabrında itmiş Mi-8 vertolyotunun qalıqları tapılıb.

 

“RİA Novosti”yə  istinadən verilən məlumata görə, respublikanın rəhbəri Şolban Kara-ool vertolyotun qalıqlarının aşkarlandığı təsdiqləyib.

 

Mənbənin bildirdiyinə görə, hadisə yerində 10 nəfərin qalıqları da aşkar edilib.

 

Vertolyotun qalıqları ötən gün Kızıl və Todjin rayonları ilə sərhəd Uluq-O çayının yuxarı hissəsində tapılıb. Axtarış aparan mütəxəssislər üzərində “Tıva Avia” yazılan metal parçası tapıblar.

 

Xatırladaq ki, Mi-8 vertolyotu 10 oktyabr 2014-cü il tarixində Soruq yaşayış məntəqəsindən Kızıl şəhərinə uçuş həyata keçirərkən onunla əlaqə kəsilib. Onun göyərtəsində 7 sərnişin və 5 heyət üzvü olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar