Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, bir nəfər ölüb
30.05.2017 633 0.0 0

Rusiyanın Saratov vilayətində An-26 hərbi təyyarəsi qəzaya uğrayıb.

 

“RİA Novosti”yə istinadən verilən məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Təyyarənin göyərtəsində olan bir hərbçi ölüb, daha 5 nəfər xəstəxanaya yaralanıb.

 

Təyyarə Krasnodar ali aviasiya məktəbinin təlim aviabazasına məxsusdur. Hadisə təlim uçuşu zamanı baş verib. Təyyarə sərt eniş etdiyi üçün yanıb.

 

İlkin məlumata əsasən, hadisənin baş verməsinə mühərriklərindən birində yaranmış nasazlıq səbəb ola bilər. Hadisə yerində Müdafiə Nazirliyinin xüsusi komissiyası işləyir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar