Rusiyada hərbi təyyarə qəzaya uğrayıb
 
 03.07.2015 704 0
 
 
Rusiyada təlim uçuşu zamanı qırıcı MiQ-29 qəzaya uğrayıb.
“İnterfaks”a istinadən verilən məlumata görə, hadisə Krasnodar diyarında baş verib.
Təyyarənin pilotu katapult edib. Pilotun Rusiya Silahlı Qüvvələrinin aviauçuşların təhlükəsizlik xidmətinin rəisi, general-mayor Aleksandr Berzan olduğu bildirilir.
Həmçinin qeyd olunur ki, MiQ-29 insanların yaşamadığı əraziyə düşüb. /apa/
Digər xəbərlər:
Şərhlər




