TƏYYARƏDƏ QƏZAYA DÜŞƏN 162 NƏFƏRDƏN 30-NUN CƏSƏDİ TAPILIB
02.01.2015 856 0.0 0

Qəzaya düşən "AirAsia" şirkətinə məxsus sərnişin təyyarəsindən indiyə kimi 30 cəsəd çıxarılıb. 

Məlumata görə, İndoneziya rəsmiləri pis hava səbəbindən axtarışlara ara verildiyini bildiriblər. 

Qəzaya uğrayan təyyarədə 162 sərnişin və ekipaj üzvü olub.

Dalğıclar Borneo adasının yaxınlığında, A320 təyyarəsinin qəzaya uğradığı ərazidə Sonarın köməyilə okeanın 30-50 metr dərinliyində böyük, tünd obyekti tapmağa çalışır. Axtarışlara 65 gəmi, 14 təyyarə və 10 helikopter cəlb edilib.

Meteoroloqlar güclü külək və yağışın bazar gününədək davam edəcəyini proqnozlaşdırır.//
ANS PRESS

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar