Rusiya XİN: Tərəflər danışıqlar prosesini bərpa etməlidir
27.04.2016 638 0.0 0

“Dağlıq Qarabağda baş verənlər bizim bundan əvvəlki brifinqlərdə dediyimiz tezisləri bir daha təsdiq edir. Biz əminik ki, dayanıqlı sülh yolu ilə nizamlanma üçün tərəflər danışıqlar prosesini bərpa etməlidir”. 
 
Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. 
 
“Hesab edirik ki, əldə olunmuş razılıq əsasında bölgədə hərbi risklər azaldılmalıdır. Hazırda əsas vəzifə sözsüz ki, vəziyyətin sakitləşməsi, zorakılığa, qan tökülməsinə yol verməmək, vəziyyətin sakitləşməsi və danışıqlar prosesinin başlanması üçün ki, atmosfer yaradılmasıdır”,- deyə o qeyd edib.
 
M. Zaxarova bildirib ki, tərəflər arasında danışıqlar prosesinin başlanması üçün vasitəçilər səylər göstərir: “Lakin tərəflərin iradəsi və istəyi olmadan heç bir vasitəçilik xidməti maksimal dərəcədə effektli ola bilməz”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar