Rusiya və Türkiyə hərbçiləri Suriyaya dair ortaq planları müzakirə ediblər
29.10.2019 420 0.0 0

Rusiya və Türkiyə hərbçiləri Ankarada Suriyaya dair birgə planları müzakirə ediblər.

Qazeta.info Trend-in məlumatına əsasən xəbər verir ki, bu bərədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.

Planların müzakirəsi Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqlar zamanı əldə edilən razılaşmalar çərçivəsində aparılıb:

"22 oktyabr 2019-cu ildə Soçidə Rusiya ilə əldə edilmiş razılaşmaya əsasən görüləcək tədbirləri planlaşdırmaq üçün Ankaraya gələn Rusiya hərbi heyəti ilə danışıqların ilk günü. Danışıqlar sabah davam edəcək".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar