ABŞ QARABAĞDA SON BAŞ VERƏN HADİSƏLƏRƏ NARATLIQ BİLDİRİB
06.01.2015 1067 0.0 0

ABŞ hakimiyyəti Dağlıq Qarabağda baş verən gərginliyə görə narahatdır.

Məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bəyan edib.

“Dağlıq Qarabağda baş verən gərginlik bizi narahat edir. Vaşinqton hər iki tərəfi regionda sülhə gətirəcək danışıqlarda iştrak etməyə çağırır” - deyə o, bildirib. 

Qeyd edək ki, Ermənistan müdafiə nazirliyinin bəyənatına əsasən yanvarın 3-də gecə münaqişə zonasında baş verən atışma nəticəsində 2 erməni əsgəri ölüb. Azərbaycan Müdafiə Nazirliyi öz növbəsində xəbəri təkzib edib. 

Bu arada ATƏT-in Minsk qrupunun ABŞ-dan olan katibi Ceyms Uorlik bildirib ki, Dağlıq Qarabağda gərginliyin artması münaqişənin sülh yolu ilə həllinə gətirib çıxarmayacaq.//
ANS PRESS

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar