Rusiya qanunsuz silahlı birləşmənin üzvü olmaqda təqsirləndirilən azərbaycanlını axtarışa verib
01.02.2018 933 0.0 0

Rusiya hüquq-mühafizə orqanları 27 yaşlı azərbaycanlını beynəlxalq axtarışa verib.

 

Məlumata görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

 

Məlumatda qeyd olunur ki, 1991-ci ildə Zaqatalada anadan olmuş Muradlı Anar İlham oğlu qanunsuz silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilir.

 

A. Muradlı Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və tutulması üçün İnterpola müraciət olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar