Tarix: 07.12.2016,   Saat: 12:35, Çərşənbə.          

Rusiya prezidentinin nümayəndəsi: `Azərbaycan məcburi köçkün probleminin öhdəsindən gəlməklə, böyük iş görüb`

“Hazırda dünya mürəkkəb şəraitdə yaşayır, amma Bakıda gəzəndə, bunu hiss etmirsən”.  

 

Məlumata görə, bunu Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi" mövzusundakı dəyirmi masada çıxışı zamanı deyib.

 

O bildirib ki, bir milyondan çox qaçqın və məcburi köçkün probleminin öhdəsindən gəlməklə, Azərbaycan böyük iş görüb: "Biz burada məcburi köçkünlərin problemlərinin həlli baxımından uğurlu bir təcrübənin şahidi oluruq. Azərbaycanda sivilizasiyalararası məsələdə heç bir problem yoxdur. Hazırda dünyada 65 milyon qaçqın və məcburi köçkün var və bu, inanılmaz rəqəmdir. Miqrantlar olduqları ölkələrə inteqrasiya etməli, təhsilə yiyələnməlidirlər. Almaniyadakı hadisələr tənqid olunur, lakin orada miqrantların cəmiyyətə inteqrasiyası modelləri var. Sosial proqramlar olmasa, insan kapitalından söhbət gedə bilməz. Bu baxımdan bugünkü iqtisadiyyat elm, bilik iqtisadiyyatıdır, bizə bilikli adamlar lazımdır.  Miqrantlar əmək prosesinin tərkib hissəsi olmasa, yaxşı heç nə baş verməyəcək. Bəzən miqrantlar “qara” işlər görmək üçün nəzərdə tutulur. Lakin onlar real əmək bazarına cəlb olunmalıdır". /apa/



  Bölmə: Gündəm | Baxış sayı: 210 | Tarix: 30.09.2016, 14:46


Xəbərlər