Rusiya MN: Kiyev mülki şəxslərin qətli barədə yeni feyklər hazırlayır
05.04.2022 323 0.0 0

Ukrayna hərbçiləri rusiyalı hərbçilərini mülki şəxslərə qarşı zorakılıqda ittiham etmək üçün yeni təxribatlar təşkil edib.

Məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Təsdiq olunmuş məlumata görə, aprelin 4-də axşam saatlarında Kiyevdən 23 kilometr şimal-qərbdə yerləşən Moşçun yaşayış məntəqəsində 72-ci Ukrayna Baş Psixoloji Əməliyyatlar Mərkəzinin hərbçiləri

sonradan qərb mediası vasitəsilə yayılması üçün guya Rusiya Silahlı Qüvvələrinin zorakılıq hərəkətləri nəticəsində həlak olmuş mülki şəxslərin növbəti səhnə çəkilişini aparıblar”, - deyə Rusiya MN rəsmisi vurğulayıb.

O əlavə edib ki, Ukrayna güc strukturları Sumı, Konotop və digər şəhərlərdə analoji tədbirlər təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar