BÖYÜK SÜLH ƏLDƏ OLUNDU
12.12.2014 1383 0.0 0

Ukrayna hakimiyyəti ilə separatçılar arasında razılaşma əldə olunub.

Məlumata görə, bu barədə açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrov çətin də olsa razılaşma əldə olunduğunu bildirib: "Uzun müddət sonra çətin də olsa gerçək sülhün təmin edilməsi üçün razılaşma əldə olundu. Minsk razılaşmasına uyğun yeni danışıqların zamanı təyin olunacaq". 

Lavrov bu danışıqlarda yeni konstruktiv addımların atılacağını gözlədiklərini də sözlərinə əlavə edib. 


Avstraliyada səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko verdiyi açıqlamada razılaşmanın əldə olunduğunu təsdiq edib: "Yaxşı xəbərlərimiz var. Bu gün son 7 ay ərzində ilk dəfə belə bir 24 saat keçirdik. Mənim üçün nə qədər əhəmiyyətli olduğuna inanmazsınız. Bir Ukrayna əsgərinin ölmədiyi, ya da yaralanmadığı ilk gecədir. Vətəndaşları itirmədiyimiz və kimsənin yaralanmadığı ilk gündür".//ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar