BU GÜN BİR NEÇƏ DƏQİQƏDƏN SONRA QEYRİ ADİ HADİSƏ GÖZLƏNİLİR
04.01.2015 1075 0.0 0
Britaniyalı tədqiqatçılar bu gün Yer kürəsində cazibə qüvvəsi zəifləyəcəyi ilə bağlı açıqlama veriblər.
Ailimlərin iddiasına görə, Yer kürəsinin bütün sakinləri bir neçə saniyə havada asılı vəziyyətdə qala biləcəklər. Alimlərin sözlərinə əsasən, belə bir hadisə Yer kürəsində hər min ildən bir baş verir və 2-3 saniyə göydə qalmaq mümkündür. Tədqiqatçılar inanılmaz görünən təbii hadisənin vaxtını bu günə (Bakı vaxtı ilə saat 20:47) proqnozlaşdırıb.
 
Qeyd olunan saatda insanlar asanlıqla atılıb-düşə biləcəklər. Adi halda insan havaya tullanarkən dörddə bir saniyə göydə qala bilirlər. Lakin 20:47-də Azərbaycanla eyni saat qurşağında olan insanlar havada 3 saniyə qala biləcəklər.
 
Britaniyalı astronom Patrik Mur bu hadisəni belə izah edir: “Müəyyən vaxtda Yupiter və Pluton eyni xətt üzərində dayanır. Bu zaman Yer kürəsinin cazibə sahəsi qısa müddət də olsa zəifləyir”.//Bizimyol.info 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar