Rusiya İran üçün 1 mlrd. dollar dəyərində dəniz qazma qurğuları inşa edəcək
28.08.2016 723 0.0 0

 İran və Rusiya arasında Fars körfəzində dəniz qazma qurğularının inşasına dair 1 mlrd. dollar dəyərində saziş imzalanıb.   

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, saziş İranın “Tasdid” şirkəti və Rusiyanın “Krasnıye barrikadı” gəmiqayırma zavodu arasında imzalanıb. Layihə Fars körfəzində  neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi məqsədilə beş dəniz qazma qurğusunun inşasını nəzərdə tutur.  

 

 Qurğuların Hürrəmşəhr liman şəhərində iki il müddətində inşa olunması nəzərdə tutulub.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar