Rusiya Federasiya Şurası Silahlı Qüvvələrdən ölkə xaricində istifadə edilməsinə icazə verdi
30.09.2015 521 0.0 0

 

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına müraciət edərək Silahlı Qüvvələrdən ölkə xaricində istifadə etmək üçün icazə istəyib. 
 
 “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Federasiya Şurasının bu gün başlayan plenar iclasının əvvəlində qurumun sədri Valentina Matviyenko bildirib. Federasiya Şurasının üzvləri məsələyə qapalı rejimdə baxılmasına səs veriblər.
 V. Matviyenko ordudan konkret harada istifadə olunacağını açıqlamayıb. 
 Qeyd edək ki, məsələ Rusiyanın Suriyaya hərbi yardımları və bu ölkədə hərbi mövcudiyyəti barədə xəbərlərin artdığı dövrə təsadüf edir. Rusiya və ABŞ prezidentləri bu məsələni BMT Baş Assambleyası çərçivəsində müzakirə ediblər.  
 
Xatırladaq ki, Federasiya Şurası 2014-cü ilin martında Silahlı Qüvvələrdən Ukrayna ərazisində istifadə olunmasına icazə verilməsi üçün prezidentin müraciətini təmin etmişdi. 

Bu arada bildirək ki, Suriya prezidenti Bəşər Əsəd Rusiyaya müraciət edərək hərbi yardım istəyib

Müraciətə baxan  Rusiya Federasiya Şurası ölkə Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi ilə bağlı prezidentin müraciətini yekdilliklə dəstəkləyib.
 
 “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bunu Kreml administrasiyasının rəhbəri Sergey İvanov bildirib. O deyib ki, Vladimir Putinin müraciəti Suriyadakı vəziyyətlə əlaqədardır. Belə ki, Suriya prezidenti Bəşər Əsəd Rusiyaya rəsmi şəkildə müraciət edərək ölkəsinə hərbi yardım göstərilməsini xahiş edib. . 
 
 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar