Rusiya Böyük Britaniyaya etiraz notası verib
04.11.2016 1024 0.0 0

Rusiyanın Londondakı səfirliyi Böyük Britaniyanın xarici siyasət idarəsinə etiraz notası göndərib.

Bildirək ki, bu barədə səfirliyin rəsmi saytında məlumat verilib.

"Rusiyanın Böyük Britaniyadakı diplomatik nümayəndəliyi Forin-ofisə müvafiq etiraz notası ünvanlayıb", - deyə məlumatda qeyd olunur.

Səfirlik qeyd edir ki, cümə axşamı bir qrup nümayişçi diplomatik nümayəndəliyin girişini bağlayaraq etiraz aksiyası keçirib və binanın qarşısına çoxlu sayda maneken qolları töküblər.

"Böyük Britaniya ərazisində diplomatik missiyanın təhlükəsizliyi üçün real təhlükə yaradılıb", - deyə səfirlikdən bildirilib və qeyd olunub ki, eyni zamanda müəssisənin telefon xəttləri əngəllənib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar