Rusiya aviasiyası Suriyada İŞİD-in 750-dək obyektini məhv edib
21.10.2015 508 0.0 0

Rusiya aviasiyası Suriyada sutka ərzində 55 uçuş həyata keçirərək İŞİD və “Cəbhə ən Nüsrə” qruplaşmalarına məxsus obyektlərə 60 zərbə endiriblər.
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Rusiyanın rəsmi nümayəndəsi general mayor İqor Konaşenkov bildirib.  
 
“Rusiyanın döyüş təyyarələri Suriyada sutka ərzində  55 uçuş edərək İŞİD və “Cəbhə ən Nüsrə” qruplaşmalarına məxsus obyektlərə 60 zərbə endiriblər. Döyüş tapşırıqlarını yerinə yetirdikdən sonra təyyarələrin hamısı “Hmeymim” bazasına dönüb”, deyə o bildirib.
 
Qeyd edək ki, Rusiya aviasiyasının Suriyadakı əməliyyatları artıq 20 gündür ki davam edir.  Bu müddət ərzində terrorçuların mövqelərinə 750-dək zərbə endirib. Əsas hədəflər komanda məntəqələri, təlim düşərgələri, silah-sursat anbarları, rabitə qovşaqları və partlayıcı qurğuların istehsalı üzrə müəssisələrdir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar