Rus general: `Əsədi hərbi yolla devirmək mümkün deyil`
10.04.2017 1086 0.0 0

“Suriyanın dövlət başçısı Bəşər Əsədi hərbi yolla devirmək mümkün deyil”.
Məlumata görə, bunu Rusiya ordusunun ehtiyatda olan general-polkovniki Yevgeni Bujinski bildirib.
Rus general deyib ki, Suriyada vəziyyətin kifayət qədər çətin olmasına baxmayaraq, Bəşər Əsəd xarici müdaxilələrə uduzmur:
“Rusiya və İran hərbi yardımı davam etdirdiyi təqdirdə, Bəşər Əsədi hərbi yolla devirmək mümkün olmayacaq. İndiki halda isə Bəşər Əsəd xaricdən zəif görünə bilər. Ancaq nəzərə almaq lazımdır ki, Əsəd zəifləyən kimi Rusiya və İran onu gücləndirməyə çalışacaq”./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar