Röyanın keçmiş əri döyülməsi haqda yayılan xəbərlərə belə reaksiya verdi - FOTO
15.07.2016 1324 0.0 0

Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov döyülməsi ilə bağlı mətbuatda dərc olunan xəbərlərə aydınlıq gətirib. Qazeta.info Lent.az-a məlumatına əsasən bildirir ki, A.Cəlilov  sosial şəbəkədə yeni çəkilmiş fotosunu paylaşaraq döyülmədiyini vurğulayıb: “Bütün yazılanlara və təxribatlara inanmayın” .

A.Cəlilov eyni zamanda atv.az saytına açıqlama verib: “Bilmirəm ki, bu yazıları yazan, bu süjetləri verən KİV-lər nə məqsəd güdür? Ən azından mənimlə əlaqə saxlayıb xəbəri dəqiqləşdirə bilərdilər. Lakin heç kəs bunu etmədi, mən də öz növbəmdə məcbur olub sosial şəbəkələrdə şəkilimi paylaşdım ki, dostlarım, qohumlarım nigaran qalmasın. Sağ-salamatam. Bilnmirəm ki, məni “döymək” kimə lazım idi".

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar