«Royal bank»-da 5 milyona yaxın qanunsuz əməliyyat edən xanım həbs olundub
01.04.2015 675 0.0 0
"RoyalBank"da 4 milyon 817 min manat məbləğində pul vəsaitlərinin köçürülməsi ilə bağlı maliyyə əməliyyatlarında qanun pozuntularına yol verilib

 

Azərbaycanda bank sektorunda korrupsiya faktı aşkar edilib.

 

Qazeta.info bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “RoyalBank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş material baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

 

Araşdırmalar zamanı Gülşən Mustafayevanın 2011-2012-ci illərdə “Royal bank” ASC-nin Plastik Kartlar Departamentinin direktor müavini vəzifəsində işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə etməklə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək üçün həmin bankın filialları vasitəsilə 4 milyon 817 min manat məbləğində pul vəsaitlərinin köçürülməsi ilə bağlı maliyyə əməliyyatlarını həyata keçirməklə leqallaşdırmasında şübhələr üçün əsaslar olduğundan,Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 193-1.3.2-ci (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanıb.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar