Rövşən Lənkəranskinin şübhəli bilindiyi qətl və cinayət işi bağlandı
28.05.2015 688 0.0 0

Rusiyada "qanuni oğru" Ded Xasanın qətli ilə bağlı açılan cinayət işi dayandırılıb.

Məlumata görə, bu barədə "İnterfax" hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən xəbər verir.

Bildirilir ki, cinayət işi dayandırılsa da cinayətkarların axtarışı davam etdirilir.

"İstintaq qanunla nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirib, lakin bu heç bir nəticə verməyib. İstintaq işinin başlanmasından iki ötdükdən sonra müstəntiq cinayət prosessual kodeksə müvafiq olaraq təhqiqatı dayandırıb", - deyə mənbə bildirib.

Qeyd edək ki, 2013-cü ilin yanvarında kriminal aləmdə söz sahiblərindən biri kimi tanınan Ded Xasan Moskvada "Starıy fayton" restorandan çıxarkən snayper tərəfindən vuralaraq qətlə yetirilib.

Onu da bildirək ki, kriminal aləmdə Ded Xasanın ölümündə Rövşən Lənkəranski şübhəli bilinir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar