Ərdoğanın müşaviri: `Türkiyənin Rusiya-Ukrayna müharibəsindəki mövqeyi tarixi vəzifədir`
12.03.2022 335 0.0 0

“Biz hesab edirik ki, Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşünün siyasi mənada faydası, Belarusda baş tutan görüşdən daha faydalı oldu. Çünki, burada tərəflər məhz sülh yolları axtarmaq üçün bir araya gəlmişdi”.

Bu fikirləri “Report”a açıqlamasında Türkiyə Prezidentinin müşaviri, Türkiyə Prezident Administrasiyasının xarici siyasət və təhlükəsizlik komitəsinin üzvü Mesut Hakkı Caşın bildirib.

Onun sözlərinə görə, Türkiyənin Rusiya-Ukrayna müharibəsindəki mövqeyi tarixi vəzifədir. O qeyd edib ki, Rusiyanın problemin həlli istiqamətində Türkiyəni zamin ölkə kimi tanıması Türkiyənin regionda spesifik rolunun göstəricisidir:

“Bu mənada deyə bilərəm ki, Azərbaycanın da bölgədə sülhün bərqərar olması üçün göstərdiyi səylər dünya birliyinin diqqətindən yayınmır”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar