Ərdoğan: `Ankara-Berlin münasibətləri Bundestaqa seçkilərdən sonra düzələcək`
12.08.2017 679 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Berlin münasibətlərinin gələn ay Almaniyada keçiriləcək parlament seçkilərindən sonra normallaşacağını bəyan edib.

 

“Reuters”ə istinadən verilən məlumata görə, o bildirib ki, Türkiyə-Almaniya münasibətlərinin pisləşməsinə səbəb Avropanın daxili siyasəti olub.

 

Ərdoğan qeyd edib ki, bu siyasət Avropa İttifaqı ölkələrində seçkiöncəsi dövr üçün xarakterikdir. “Fransa ilə Avstriya da əvvəllər belə edib. İndi Almaniyanın bu strategiyadan yararlandığını görürük. Əminəm ki, vəziyyət seçkilərdən sonra düzələcək”, - deyə o vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar