Qüdrət Həsənquliyev: `ABŞ-ın bu qərarı utanvercidir`
01.02.2017 842 0.0 0

“Azərbaycan müxtəlif dövrlərdə ABŞ-ın fərqli qurumları tərəfindən bəzən əsassız, bəzən əsasslı tənqidə məruz qalıb. Bu günlərdə ABŞ prezidenti Donald Tramp 7 müsəlman ölkəsinin vətəndaşının ABŞ-a daxil olmasına qadağa qoyub. Hazırda 700-dən çox belə şəxs hava limanlarında saxlanılır və ya geri qaytarılır”.

Məlumata görə, bunu Milli Məclisdə çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, sivil dünya ABŞ prezidentinin bu qərarına etiraz edir:

“Hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi qüvvələr də buna etiraz etməlidir. Tramp bununla dünyada islamafobiyanın güclənməsinə yol açır. Özü də bilir ki, bu tədbirlərlə terrorizmin qarşısını almaq olmaz. Fikrimcə. ABŞ-ın başqalarına demokratiya dərsi verdiyi halda belə qərar qəbul etməsi utanvercidir. Və bu pislənməlidir”.

Deputat Milli Məclisin ayrıca iclasının çağırılmasının mümkünlüyünü də diqqətə çatdırıb:

“Hesab edirəm ki, biz islahatlarla bağlı parlamentin ayrıca iclasını çağıra bilərik. Siyavuş müəllim də dedi ki, bizim işimiz qanuin qəbul etmək və ona nəzarət etməkdir. Ancaq baxırsan ki, bəzən mətbuatda xəbər gedir ki, sahibkarın oteli söküldü, əmlakının dəyəri ödənilmədi. Mülkiyyət məsələsi vacib məsələdir. Sahibkarın əmlakı məhkəmə qərarı olmadan, içindəki əşyalar çıxarılmadan sökülürsə, kim Azərbaycana sərmayə qoya bilər? Azərbaycanda media qurumları var ki, xəbərləri bir neçə dildə yayır. Təbii ki, sərmayə qoyan əcnəbilər ölkəmizlə maraqlananda bu xəbərləri əldə edirlər. Mətbuatda belə xəbərlər yazılırsa, müvafiq dövlət qurumları buna reaksiya verməlidir. Yalandırsa, bununla bağlı izahat verilməlidir. Yox, doğrudursa, bunu edənlər cəzalandırılmaldıır”.

Spiker Oqtay Əsədov isə deputata sual edib:

“Əmlakı sökülən adamların mətbuatda çıxışı, məhkəməyə müraciət olubmu? Hamısını qəzetlər yazırlar. Sökülən əmlakın pulu verilir”./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar