QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni layihənin təqdimatı olub
06.09.2015 762 0.0 0

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə  Dövlət  Dəstəyi  Şurasının maliyyə yardımı  ilə “Ermənistanın torpaqlarımızı işğalı zamanı  törədilmiş soyqırım, terror, işgəncə faktlarına dair nəşrlərin hazırlanması” layihəsinin təqdimat mərasimi keçirilib. 

Qazeta.info-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Beynəlxalq Diaspor Mərkəzinin (BDM) aparat rəhbəri Samir Adıgözəlli tədbiri açıq elan edərək iştirakçılara geniş məlumat verib. O, çıxışında həyata keçirilən layihənin QHT-lərə  Dövlət  Dəstəyi  Şurası tərəfindən maliyyələşən beşinci layihə olduğunu, bu günə kimi BDM tərəfindən keçirilən layihələrin məqsəd və vəzifələri haqqında danışıb. Hal-hazırda həyata keçirilməkdə olan layihənin işçi qrupu tərəfindən hazırlanmış materiallar haqqında da məlumat verib. Layihə çərçivəsində bu il sentyabr ayının sonlarında Polşanın Varşava və Belastok şəhərlərində müxtəlif tədbirlərin həyata keçiriləcəyini vurğulayıb. Daha sonra çıxış edən BDM sədri İsmayıl Ağayev 

Ermənistanın Azərbaycanı işğal etməsi zamanı törədilmiş soyqırım, terror, işgəncə, qətl faktlarının dünya ictimaiyyətində, beynəlxalq təşkilatlarda düzgün rəy formalaşdırılmasının vacibliyini qeyd edib. 

Eyni zamanda Şura ilə BDM arasındakı sıx əməkdaşlıqdan danışaraq bunun Azərbaycan diasporunun fəaliyyətində mühüm əhəmiyyətini qeyd edib. Tədbirdə iştirak edən millət vəkili Xanhüseyn Kazımlı erməni işğalı nəticəsində ölkəmizə dəymiş maddi və mənəvi zərərə görə Ermənistandan təzminat tələb olunması məsələsinin gündəmə gətirilməsindən danışıb. BDM-in qonağı olaraq Azərbaycanda səfərdə olan Türkiyənin Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) başqanı Göksəl Gülbəy öz çıxışında BDM –lə birgə həyata keçirilən tədbirlərdən danışaraq cənab prezident İlham Əliyevin sözlərini xüsusi olaraq qeyd etdi: “Bir millətin, bir diasporu olmalıdır”. Daha sonra BDM-in sədr müavini Ələmdar Nəbiyev, BDM-in Yaxın Şərq üzrə  nümayəndəliyinin rəhbəri Aleks Şapiro, əməkdar məşqçi Siyavuş Bayramov və başqaları çıxış edərək  təqdim olunan layihə ilə bağlı öz fikirlərini bildiriblər.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar