Qeysəriyyə əməliyyatına üstünlük vermək istəyənlər bunu mütləq oxusun!
28.09.2016 1033 0.0 0

 Bütün dünyada olduğu kimi, Azərbaycanda  qeysəriyyə əməliyyatı ilə anadan olan uşaqlarda nevroloji patologiyalar  artıb. Məlumata görə, bunu Bakı Sağlamlıq Mərkəzinin direktor  müavini Cəmilə Ağazadə bildirib.

 

C. Ağazadə deyib ki, son illər ölkədə qeysəriyyə  əməliyyatlarının sayı azalıb. Onun sözlərinə görə, təkcə Azərbaycanda  yox, bütün dünyada qeysəriyyə əməliyyatlarının sayının artmasına qarşı tədbirlər görülür. O vurğulayıb ki, hamiləlik gedişatının izlənməsi, hamilələrə qulluğun normal aparılması qeysəriyyə kəsiyi əməliyyatlarının sayının azalması ilə nəticələnib: "Mərkəzdə ana və uşaq  sağlamlığı diqqət mərkəzində saxlanılır. Mərkəzdə ana və uşaq ölümü  0%-dir. Ağır patologiyası olan xəstələr də tam sağlam şəkildə evə yazılıb"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar