Qəzaya düşən 3 bacıdan biri ölüb, digərləri ağır xəsarət alıb
23.12.2015 564 0.0 0

Ağcabədidə 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
 
Məlumata görə, rayonun Hüsülü kəndində 1942-ci il təvəllüdlü Kərimov Sədrəddin Ağakişi oğlunun idarə etdiyi avtomobillə 1966-cı il təvəllüdlü Həziyev Əzim Əkbər oğlunun idarə etdiyi maşın toqquşub. Hər iki sürücü və avtomobillərdə olan 3 sərnişin Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Xəstəxanadan APA-ya verilən məlumata görə, sərnişinlərdən Muğanlı kənd sakini, 1964-cü il təvəllüdlü Süleymanova Sevil Muxtar qızının həyatını xilas etmək mümkün olmayıb. Onun bacıları 60 yaşlı Kərimova Məlahət Muxtar qızı və 1958-ci il təvəllüdlü Məmişova Sona Muxtar qızının vəziyyəti isə orta-ağırdır.
 
Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar