Putin: Rusiya və ABŞ münaqişələrin nizamlanmasında qarşılıqlı səylər göstərirlər
15.07.2016 655 0.0 0

Kremldə Rusiya prezidenti Vladimir Putinlə ABŞ dövlət katibi Con Kerri arasında görüş başlayıb. Məlumata görə, Putin münaqişələrin nizamlanmasında Rusiya və ABŞ-ın qarşılıqlı səylərinin olduğunu qeyd edib.
 
Rusiya prezidenti bugünkü məsləhətləşmələr barədə ABŞ lideri Barak Obamaya məruzə ediləcəyinə ümid etdiyini də  söyləyib.
 
Putin ilə Kerri Suriyadakı vəziyyəti, Ukrayna böhranını və eləcə də iki ölkə arasındakı münasibətlərə dair məsələləri müzakirə etməyi planlaşdırırlar.
 
Qeyd edək ki, Putin və Kerrinin görüşündə Rusiya XİN başçısı Sergey Lavrov, Rusiya prezidentinin köməkçisi Vladislav Surkov, ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland və ABŞ-ın Rusiyadakı səfiri  Con Teft də iştirak edir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar