Putin özünün və bir çox yüksək vəzifəli məmurun maaşını azaltdı
19.10.2017 706 0.0 0

Rusiya prezidenti Vladimir Putin dövlət başçısının və bir sıra hökumət rəsmilərinin əmək haqqının azaldılması barədə imzaladığı sərəncamın müddətini daha bir il uzadıb.

RBK-ya istinadən xəbər verilir ki, qanuna uyğun olaraq, dövlət başçısının, baş nazirin, onun müavinlərinin və nazirlərin, eləcə də baş prokurorun, İstintaq Komitəsinin və Mərkəzi Seçki Komissiyasının rəhbərinin əmək haqqı 10% azaldılıb.

Sənədə əsasən, yüksək vəzifəli rəsmilərin əmək haqlarının azaldılması barədə sərəncamın qüvvədə olma müddəti 2018-ci il dekabrın 31-dək uzadılıb.

Eyni zamanda Prezident Administrasiyası, Hesablama Palatası və hökumət aparatının bir sıra əməkdaşlarının məmur maaşlarının 10% azaldılması barədə normanın qüvvədə olma müddəti artırılıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar