Putin İŞİD-in insanları edam etdiyi Palmira anfiteatrın səhnəsində konsert verdi-VİDEO
07.05.2016 860 0.0 0

Silah səsləri kəsilməyən Suriyadan bu dəfə musiqi sədaları yüksəlib. Rusiya bir müddət öncə Suriyanın İŞİD terrorçularından azad edilən Palmira şəhərində konsert təşkil edib. Məlumata görə, konserti Rusiyanın məşhur Marinsk teatrının orkestri təşkil edib. Rusiya prezidenti Vladimir Putin də telekonfrans vasitəsilə konsert keçirilən məkanda canlı bağlantı yaradıb. 

Kreml bu addımın Suriyada savaşan əsgərlər və ölkənin ordusu üçün yaxşı stimul olduğunu açıqlayıb. Konsert mədəni irs siyahısına daxil olan qədim amfiteatrda - açıq havada olub. 

Orkestr bir müddət öncəyə kimi terrorçuların əlində olan şəhərdə klassiklərin əsərlərini səsləndiriblər. Konsert dirijor Valeriy Gergiyevin başçılığı ilə baş tutub. Onun sözlərinə görə, bu aksiya sülhə və sabitliyə çağırışdır. Amfiteatrda baş tutan konsert "Palmira üçün dua... Musiqi antik divarları yenidən dirçəldir" adlanıb. 


Rusiyanın bu addımı dünya ictimaiyyəti tərəfindən çox maraqla qarşılanıb. Hətta ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner də bu barədə açıqlama verib. O deyib ki, bu, çox gözəl addımdır. "Mən heç zaman orkestrın müharibədən ziyan çəkən şəhərdə çıxışını qınamaram. Amma Palmirada  İŞİD-in yerini Bəşər Əsəd qüvvələrinin tutması elə də yaxşı variant deyil". 

 

 

 
Palmira İŞİD terrorçularının nəzarətində olanda bu məkanda kütləvi edamlar həyata keçirilirdi. Palmira UNESCO tərəfindən qorunan Dünya İrsi siyahısına daxil edilmiş qədim şəhərdir. 

Suriya ordusu təxminən bir ildir ki, İŞİD terror təşkilatı tərəfindən tutulan Palmira şəhərini mart ayının 27-də terrorçulardan tamamilə azad edib. Bu işdə onlara ən yaxın yardımı İsə Rusiya Hərbi hava Qüvvələri göstərib. Hökumət qüvvələri tərəfindən verilən açıqlamada qədim şəhər hesab edilən Palmiranın geri alındığı və terror təşkilatı üzvlərinin geri çəkildiyi bildirilir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar