Putin Gümrüdə rus əsgərin vəhşicəsinə öldürülməsi məsələsinə qarışır
15.06.2015 1050 0.0 0

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Gümrüdə rus hərbçisinin öldürülməsi barədə Vladimir Putinə məruzə ediləcəyini bildirib. 

Rusiya mətbuatına istinadən verilən məlumata görə, Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamasında rus əsgərin qətlə yetirilməsi barədə danışıb:

"Ermənistanda rus əsgərin qətlə yetirilməsi barədə məlumat yeni yayılıb. Hələlik qətl barədə prezidentə məruz edilməsi ilə bağlı sualınızı cavablandıra bilmirəm. Şübhəsiz ki, mediada çıxan xəbərlər müvafiq olaraq prezidentə məruzə edilir".

Qeyd edək ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının hərbçisi İvan Novikov vəhşicəsinə qətlə yetirilib.
/anspress/

Rus əsgərin qətlinə dair digər xəbərlər aşağıdakı linklərdə.

 

http://qazeta.info/news/erm_nistanda_rusiya_sg_rinin_meyiti_tapilib/2015-06-15-4888
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar