PSJ Neymarı `Barselona"ya transfer etməkdən imtina edib`
27.06.2019 88 0.0 0

Fransanın PSJ futbol klubu braziliyalı hücumçu Neymarı "Barselona" komandasına transfer etməkdən imtina edib.

"Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. 

Bildirilir ki, fransız klubu "Barselona" ilə danışıqlar aparmaqdan imtina edib. Futbolçu özü isə komandanı tərk etmək istəyini iyulun 7-dən sonra açıqlayacaq.

KİV bildirib ki, Neymar "Barselona"dan 5 illik müqavilə barədə təklif alıb. Lakin şərtlərə əsasən onun maaşı az olacaq.

Neymar PSJ-yə "Barselona"dan dünya futbolu üçün rekord göstərici sayılan 222 milyon avroya keçib. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar